![](https://azedu.az/uploads/news/2019/02/azedu.az_680_5a815101a9083_634.jpg)
Britaniyanın Solford Universitetinin alimləri bədxassəli şişlərin artımına gətirib çıxaran xərçəngli kök hüceyrələri müəyyən etməyin yolunu tapıb. Tədqiqatçıların sözlərinə görə, bu hüceyrələrin dərman preparatlarının köməyi ilə dəqiq işlənilməsi bədxassəli törəmələri xroniki xəstəliklərə çevirməyə kömək ola bilər.
AzEdu.az xəbər verir ki, mütəxəssislər insanın döş vəzisinin şişindən götürülmüş bədxassəli şiş nümunələrini tədqiq edib. Məlum olub ki, bütün hüceyrə populyasiyasının 0,2 faizini təşkil edən bədxassəli kök hüceyrələri özünəməxsus əlamətlərə malikdir.
Bu hüceyrələr külli miqdarda enerji ərsəyə gətirir və suspenziyada sürətlə çoxalır; artıq onun toxumaya yapışmasına lüzum qalmır. Sonuncu özəllik onun metastaz verməsinə, yəni qan-damar sistemi ilə digər toxuma və orqanlarla keçib, ikinci dərəcəli şişli ocaqlar formalaşdırmasına vasitəçilik edir.
Tədqiqatçılar bu hüceyrlərin fosforlaşa bildiyini, yəni uzun müddət ərzində udduğu enerjini işıq şəklində əks etdirə bildiyini öyrənib.
Alimlərinə sözlərinə görə, onlar bu xüsusiyyətinə görə xərçəngli kök hüceyrələrini müəyyənləşdirə bilir. İndi tədqiqat qrupu belə hüceyrələrin çoxalmasını əngəlləyən preparatlar hazırlamaq niyyətindədir.
Belə vasitələrdən biri ribosiklip preparatıdır. Hüceyrə siklinin inhibitorları sayılan preparatlar ABŞ-ın Qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən təsdiq olunub.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)