![](https://azedu.az/uploads/news/2019/02/azedu.az_58fdae9f19911_220.jpg)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar prosesi başlayıb. Prezident İlham Əliyevin struktur islahatlarının aparılması ilə bağlı verdiyi tapşırıq əsasında Akademiyanın rəhbərliyi tərəfindən buna hazırlıq işləri aparılır.
AzEdu.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, islahatların aparılması zamanın tələbidir və bununla bağlı qarşılarına konkret vəzifə qoyulub: "AMEA rəhbərliyi də idarəetmənin daha da təkmilləşdirilməsi, elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılmasına çalışır"
İ.Həbibbəyli qeyd edib ki, Akademiya islahatların aparılması üçün müəyyən təkliflər paketi hazırlayır.
AMEA-nın vitse-prezidenti hazırda islahatların aparılması üçün müəyyən layihələr üzərində düşünüldüyünü və variantlar axtarıldığını söyləyib:
"Bu islahatların aparılması üçün müxtəlif variantlar var. Onlardan hansının istifadə ediləcəyini müəyyən etmək üçün geniş müzakirələr aparılmalıdır. Bizim vaxtımız var ki, Prezidentin verdiyi altı ay ərzində daha optimal variantlar hazırlayaq. Hələlik isə bu islahatlar hazırlıq mərhələsindədir. Bunun ətrafında sosial şəbəkələrdə və mediada müxtəlif fikirlər səsləndirilir. Bu da Akademiyada müəyyən çaşqınlıq yaradır. Ona görə də çox istərdim ki, media bu işlərə müdaxilə edərək aparılan islahatlar prosesinə mane olmasın, çünki elə məsələlər var ki, hələ daxili müzakirə səviyyəsindədir".
Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, AMEA strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə işçi qrupu yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etməlidir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)