Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 12:46:00
“Drakon”la məktəb direktorunun istintaqı niyə uzanır?

“Dolu” filmindən tanınan, "Drakon” obrazını canlandıran aktyor Rza Rzayev və məktəb direktoru Tural Mirzəliyev arasında olan insidentə hüquqi qiymət verilməsi üçün aparılan istintaqın vaxtı uzadılıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, direktor və aktyor arasındakı hadisə ilə bağlı istintaqın nəticələrinin yanvar ayının ortalarında elan ediləcəyi deyilsə də, bu müddətin bitməsinə baxmayaraq istintaq nəticəsi hələ də açıqlanmayıb.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, noyabrın 20-də Rza Rzayev Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevə xəsarət yetirib.

Məktəb direktoru bundan sonra Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.

Hadisədən bir gün sonra faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində təhqiqat aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb. Faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib.