Azedu.az

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

AzEdu Təhsil Platforması

5 Sentyabr 2026, 11:28
Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Sentyabrın 7-11-də Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) da baş tutacaq. Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.

Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir
Son xəbərlərDaha çox