Azedu.az

ABŞ-də dövlət işinə qəbulda YENİLİK: Müsahibəni AI aparacaq

AzEdu Təhsil Platforması

5 Sentyabr 2026, 09:16
ABŞ-də dövlət işinə qəbulda YENİLİK: Müsahibəni AI aparacaq

ABŞ federal hökuməti dövlət qulluğuna qəbul prosesində süni intellektdən istifadə etməyə başlayır.

AzEdu.az xəbər verir ki, ilkin mərhələdə “Tech Force” proqramına müraciət edən namizədlərlə müsahibələri süni intellekt agentləri aparacaq.

Sistem namizədlərə standart suallar verəcək, müsahibələri qeydə alacaq, stenoqram hazırlayacaq və nəticələri işə qəbul üzrə məsul şəxslərə təqdim edəcək.

Müsahibələr səsli, görüntülü və ya mətn formatında keçirilə biləcək. Bununla belə, yekun işə qəbul qərarını insanlar verəcək.

ABŞ hökuməti bu sistemlə dövlət qulluğuna qəbul prosesini sürətləndirməyi və gənc mütəxəssislərin dövlət xidmətinə cəlbini artırmağı hədəfləyir.

TƏCİLİ! Zelenskinin ofisinə girdilər – Axtarış başladı
Son xəbərlərDaha çox