Azedu.az

Alimlər xroniki ağrını idarə edən yeni mexanizm aşkarladılar

Maraqlı

27 Avqust 2026, 14:38
Alimlər xroniki ağrını idarə edən yeni mexanizm aşkarladılar

ABŞ-nin Vaşinqton Universitetinin alimləri beyində xroniki ağrının yaranması və davam etməsində rol oynayan sinir dövrəsini sakitləşdirə bilən mexanizm müəyyən ediblər.Tədqiqat siçanlar üzərində aparılıb

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin araşdırmasına görə, xroniki ağrı zamanı beyində ağrı siqnallarını emal edən bəzi sinir hüceyrələri həddindən artıq aktivləşir. Araşdırma zamanı bu aktivliyi azaltmağa kömək edən təbii “əyləc” mexanizmi müəyyən edilib.

Alimlərin fikrincə, bu mexanizmin öyrənilməsi xroniki sinir ağrılarının müalicəsində yeni yanaşmaların hazırlanmasına imkan verə bilər. Xüsusilə sinir sistemində yaranan və uzun müddət davam edən ağrıların idarə olunması üçün yeni hədəflərin müəyyənləşdirilməsi baxımından nəticələr əhəmiyyətli hesab olunur.

Tədqiqatın hələlik yalnız heyvanlar üzərində aparılması səbəbindən nəticələrin insanlarda eyni şəkildə işləyəcəyini demək mümkün deyil. Bununla belə, alimlər əldə olunan məlumatların gələcək tədqiqatlar və yeni müalicə üsullarının hazırlanması üçün əsas yarada biləcəyini bildirirlər.

Rusiya yenə özündən çıxdı - Sizi də bombalayacağıq!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox