Azedu.az

10 yaşlı uşaq yeni hörümçək növü aşkarladı

Maraqlı

27 Avqust 2026, 09:19
10 yaşlı uşaq yeni hörümçək növü aşkarladı

Avstraliyada 10 yaşlı uşağın 2020-ci ildə Deal adasında tapdığı hörümçəyin yeni növ olduğu müəyyənləşdirilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Murphy Widdowson adlı uşaq adada tapdığı kiçik hörümçəyin hansı növə aid olduğunu öyrənmək üçün nümunəni alimlərə göndərib. Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində canlının əvvəllər elmə məlum olmayan canavar hörümçəyi növü olduğu təsdiqlənib.

Yeni növə uşağın şərəfinə Artoriopsis murphyi adı verilib.Alimlər bu kəşfin Avstraliyada canlı müxtəlifliyinin hələ tam öyrənilmədiyini göstərdiyini bildirirlər.

Hadisə həmçinin uşaqların təbiətə marağının və müşahidə qabiliyyətinin elmi araşdırmalara töhfə verə biləcəyini göstərir.

Fidan Şahkərəmova

Rusiyadakı azərbaycanlıların DİQQƏTİNƏ! Putin pulunuza əl qoyacaq...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox