Azedu.az

Ötən il Azərbaycanda bu qədər körpə ölü doğulub

Maraqlı

25 Avqust 2026, 15:23
Ötən il Azərbaycanda bu qədər körpə ölü doğulub

Ötən il Azərbaycanda 481 körpə ölü doğulub.

AzEdu.az ın əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.

Bundan başqa 522 körpə 7 günədək ömür sürüb. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 10,4 nəfər olub.

Həmçinin ölkədə ötən il üzrə 1312 bir yaşadək körpə ölümü baş verib. Beş yaşadək ölən uşaqların sayı isə 1634 olub.

Bundan başqa, 2025-ci ildə 26 ana ölümü qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

Rus agentlərinə qarşı əməliyyat - Köçəryan tutuldu! ANBAAN VİDEO
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox