Norveçin şimalında yerləşən Tromso şəhərində yay aylarında maraqlı təbiət hadisəsi yaşanır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdə Günəş təxminən iki ay ərzində üfüqdən aşağı enmir, buna görə gecə saatlarında belə hava tam qaralmır.
“Qütb gündüzü” adlanan bu hadisə adətən mayın sonlarından iyulun sonlarına qədər davam edir.
Tromso Şimal qütb dairəsindən şimalda yerləşdiyi üçün yayda Yer kürəsinin oxunun meyilliliyi Günəşin uzun müddət üfüqdən yuxarıda qalmasına səbəb olur.
Bu dövrdə şəhərdə gecə ilə gündüz arasındakı fərq demək olar ki, itir və gecə yarısı belə Günəş işığı müşahidə olunur. Hadisə həm yerli sakinlərin gündəlik həyatına, həm də şəhərə gələn turistlərin təcrübəsinə təsir edir.
Fidan Şahkərəmova