Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 17:15:00
UNEC-də bir gün

“UNEC-də bir gün” layihəsi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri bu ali təhsil müəssisəsində olublar.

Universitetdən AzEdu.az-a bildirilib ki, qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr UNEC-lə tanışlıqdan sonra Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) qiyabi təhsil şöbəsinin dərsində iştirak edərək, “İaşə müəssisələrinin texnoloji layihələndirilməsi” mövzusunda mühazirə dinləyiblər.

Mühazirədən sonra DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev onlara UNEC-dəki yeniliklər, qiyabi təhsil şöbəsinin fəaliyyəti, ixtisaslar, imtahanlar, tədris prosesi barədə ətraflı məlumat verib. UNEC-də texniki və texnoloji ixtisaslar üzrə yeni standartlara uyğun, müasir laboratoriyalarla təchiz olunmuş yeni tədris binasının inşa olunduğunu diqqətə çatdıran S.Tanrıverdiyev onlara peşə təhsillərini bitirdikdən sonra ali təhsil almağı tövsiyə edib.