Azedu.az

Uşaqların telefon istifadəsində DİQQƏT: Bu yaşlar daha həssasdır

Maraqlı

24 Avqust 2026, 15:43
Uşaqların telefon istifadəsində DİQQƏT: Bu yaşlar daha həssasdır

Çində Zhejiang Universitetinin alimləri uşaqların erkən yaşlarda ekran qarşısında keçirdiyi vaxtın onların gələcək inkişafına və təhsil nəticələrinə təsirini araşdırıblar.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatın nəticələri xüsusilə 1 və 6 yaşlarında ekran qarşısında uzun müddət vaxt keçirən uşaqlarda sonrakı illərdə akademik göstəricilərin daha zəif ola biləcəyini göstərib.

Araşdırmada ekran istifadəsinin uşaqların işçi yaddaşı və öyrənmə qabiliyyəti ilə əlaqəsi də diqqətə alınıb. Alimlər hesab edirlər ki, uşağın məktəbə başladığı dövr ekran istifadəsinə nəzarət baxımından xüsusilə həssas mərhələdir.

Tədqiqat nəticələri valideynlərin uşaqların telefon, planşet və digər rəqəmsal cihazlardan istifadəsinə erkən yaşlardan nəzarət etməsinin vacibliyini göstərir. Xüsusilə məktəbəqədər dövrdə ekran qarşısında keçirilən vaxtın həddindən artıq olması uşağın dərsə, diqqətə və öyrənmə prosesinə mənfi təsir göstərə bilər.

Fidan Şahkərəmova

İsraildən Türkiyəyə şok hücum çağırışı - İstanbula qədər...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox