Azedu.az

Finlandiyada uşaqlar müəllimə yox, itlərə kitab oxuyur

Maraqlı

22 Avqust 2026, 13:38
Finlandiyada uşaqlar müəllimə yox, itlərə kitab oxuyur

Finlandiyada uşaqların oxu bacarıqlarını inkişaf etdirmək üçün qeyri-adi üsuldan istifadə olunur. Onlar kitabları müəllim və ya sinif yoldaşları qarşısında deyil, xüsusi təlim keçmiş itlərə ucadan oxuyurlar.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu yanaşmanın əsas məqsədi uşaqların oxu zamanı yaranan həyəcanını və səhv etmək qorxusunu azaltmaqdır.

İtlər uşağın oxuduğu mətnə reaksiya vermir, səhvləri düzəltmir və onu mühakimə etmir. Bu isə uşağın özünü daha rahat hiss etməsinə imkan yaradır.

Finlandiyanın müxtəlif məktəb və kitabxanalarında tətbiq olunan proqram çərçivəsində uşaqlar xüsusi təlim keçmiş itlərin qarşısında kitab oxuyurlar. Bəzi yerli təşəbbüslərdə isə uşaqlar fermalarda inəklərə də kitab oxuyurlar.

Mütəxəssislərin fikrincə, belə mühit xüsusilə oxumaqda çətinlik çəkən və ya başqalarının qarşısında oxuyarkən həyəcanlanan uşaqlar üçün faydalı ola bilər. Uşaq səhv etməkdən qorxmadığı üçün daha rahat oxuyur və zamanla özünəinamını artıra bilir.

 

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox