Astronomlar Süd Yolunun mərkəzində yerləşən superkütləli qara dəliyin ətrafında inanılmaz sürətlə hərəkət edən ulduz aşkar ediblər.
AzEdu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Tədqiqatçıların fikrincə, bu ulduz indiyədək müşahidə edilmiş ən sürətli ulduz ola bilər. O, qalaktikamızın mərkəzində yerləşən “Sagittarius A*” adlı superkütləli qara dəliyin güclü cazibə sahəsində hərəkət edir.
Alimlər hesab edirlər ki, belə ulduzların hərəkətini öyrənmək qara dəliklərin fırlanma sürətini müəyyənləşdirməyə kömək edə bilər.