Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 13:00:00
"Əfqanıstanda uşaqlar partlamış mərmilərin üzərində dərs hazırlayırdılar" - Savaş müxbiri

“1987-cu ildə  Əfqanıstanda SSRİ ilə Əfqan mücahidləri arasındakı savaşı izləyirdim. Kabil yaxınlığındakı bir kənddə uşaqların bombalarla dağıdılan məktəbdə partlamış  mərmilərdən istifadə edərək bunların üzərində dərslərini etməyə çalışdıqlarını gördüm. Bu səhnə  mənə çox təsir etmişdi”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı savaş müxbiri, CNN Türkün xəbər koordinatoru İrfan Sapmaz deyib. O, müharibə şəraitində olan ölkələrin təhsil sistemlərində şahid olduğu hadisələr barədə danışıb:

“Savaş müxbiri kimi deyə bilərəm ki, müharibə şəraiti hökm sürən ölkələrin təhsil müəssisələrində çox böyük problemlər yaşanır. Atışmaların olduğu yerlərdə isə şagirdlər məktəbə belə gedə bilmirlər. İraq, Suriya, Fələstin, Əfqanıstanda bir çox məktəb bağlanıb və şagirdlər təhsil almaq üçün məktəbə üz tutmurlar. Çünki müharibələrdə məktəblər bombalanaraq yerlə bir edilib”.

İrfan Sapmaz deyib ki, tanış olduğu şagirdlər məktəbə gedə bilməməyin dərin kədərini yaşayırdılar:

“Onlar müharibənin bitməsini həsrətlə gözləyirlər. Çünki tezliklə məktəbə getmək istəyirlər. Bu, onların arzusudur.

1987-cu ildə  Əfqanıstanda SSRİ ilə Əfqan mücahidləri arasındakı savaşı izləyirdim. Kabil yaxınlığındakı bir kənddə uşaqların bombalarla dağıdılan məktəbdə partlamış  mərmilərdən istifadə edərək bunların üzərində dərslərini etməyə çalışdıqlarını gördüm. Bu səhnə  mənə çox təsir etmişdi”.

Xatırladaq ki, İrfan Sapmaz bir vaxtlar Bakıda gündəlik nəşr olunan “Avrasiya” qəzetinin sahibi və baş redaktoru kimi çalışıb. Daha sonra Türkiyədə “Doğan Qrup”un “Hürriyət” qəzetinin, “Doğan” Xəbər Agentliyinin(DHA), daha sonra NTV-nin təmsilçisi olub.

Hazırda işğal altında olan Azərbaycan torpaqlarının hamısında olub. Müharibə müxbiri kimi əksər hadisələri yaxından izləyib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları