Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 18:09:53
Növbəti günlərdə geomaqnit sahə sakit rejimdə qalacaq  

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yanvarın 28-nə olan kosmik hava durumunu aşıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Əldə edilən koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

DSCOVR kosmik aparatının apardığı ölçmələr Günəş küləyi parametrlərinin nominal səviyyədə olmasını göstərir. Hesabat dövrünün sonunda Günəş küləyinin sürəti 460 km/saniyədən 400 km/saniyəyə enib. Geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub.

Ümumilikdə 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (28-30 yanvar) yüksək səviyyədə qalacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam edəcəyi gözlənilir.

Günəş küləyi parametrlərinin proqnoz dövründə nominal səviyyədə qalacağı proqnozlaşdırılır, geomaqnit sahənin sakit rejimdə qalacağı gözlənilir.