Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.
AzEdu.az Samir Tağızadə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
"700 bal toplacağımı hədəfləyirdim. Əvvəldən qarşıma məqsəd qoymuşdum ki, bu nəticəni əldə edim. Birinci cəhdlə müqayisədə imtahanın nə çətin, nə də asan oldu. Ümumilikdə hər iki imtahanın səviyyəsi təxminən eyni idi.
700 bal toplaya biləcəyimə inanırdım. Nəticəni evdə, ailəmlə birlikdə olarkən öyrəndim. İlk mesaj atamın telefonuna gəldi. Bu sevinci ilk olaraq atam, anam və bacımla bölüşdüm.
Bu, həqiqətən də möhtəşəm hissdir. Çox qürurverici bir duyğudur. Hisslərimi sözlə ifadə etmək çətindir.
Azərbaycan Tibb Universitetində təhsil almağı düşünürəm. Gələcəkdə isə təhsilimi xaricdə davam etdirmək istəyirəm.
Bütün abituriyentlərə gələcək imtahanlarında uğurlar arzulayıram. Əsas tövsiyəm odur ki, vaxtlarını düzgün planlaşdırsınlar. Çox çalışmaq və əziyyətdən çəkinməmək lazımdır. Eyni zamanda, istirahəti də unutmaq olmaz. Çalışmağın da, istirahətin də öz vaxtı var və bu ikisi arasında düzgün balans qorunmalıdır".