Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-27 10:41:00
Rektor tələbələrə daha 10 tövsiyə verdi

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov gənclərlə növbəti tövsiyələrini bölüşüb. 

AzEdu.az-ın məlumatına görə, rektor bu dəfə də tələbələrə 10 tövsiyə verib:

1. Qarşıdan qış tətili gəlir. Çalışın doğmalarınıza o cümlədən, valideynlərinizə daha çox vaxt ayırın. Sizin onlara verə biləcəyiniz ən dəyərli hədiyyə ayırdığınız vaxt və verdiyiniz dəyərdir.

2. Valideynlərinizin və müəllimlərinizin tövsiyə və məsləhətlərinə əməl edin. Sizin hazırda keçdiyiniz yolu onlar da keçiblər və daha təcrübəlidirlər.

3. Çətinliklərdən qorxmayın, onların üzərinə gedin.

4. Heç zaman ruhdan düşməyin, imtahanlardan kəsilmək xoşagəlməz hal olsa da faciə deyil.

5. Səhvlərinizdən nəticə çıxarın, onları təkrarlamamağa çalışın.

6. Əlinizdəki nemətlərin və ətrafınızdakı insanların dəyərini bilin. Onlar hər zaman əlinizdə və yanınızda olmaya bilərlər.

7. Tətildə istirahətlə yanaşı yarımçıq işlərinizi tamamlamağa, bədii ədəbiyyat oxumağa və ya kəsildiyiniz fənni təkrarlamağa çalışın.

8. Prinsipial, polemikaya açıq olun.

9. Milli dəyərləri qoruyun, onlara sadiq olun.

10. Başımıza gələn faciələrin dərki və nəticə çıxarmaq üçün tariximizi yaxşı öyrənin.