Azedu.az

Azərbaycanda tələbələrin köçürülməsi başlanır    

Kolleclər

Ali təhsil

24 Yanvar 2019, 13:26
Azərbaycanda tələbələrin köçürülməsi başlanır    

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın  7-dək davam edəcək. 


Tələbələrin köçürülməsi ilə bağlı daha geniş məlumatı //transfer.edu.az/az/faq linkinə daxil olmaqla əldə edə bilərsiniz.

 

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox