Azedu.az

“Bu nəticəni gözləmirdim” - RFO-da qızıl medalçı

Şagirdlər

11 İyun 2026, 17:58
“Bu nəticəni gözləmirdim” - RFO-da qızıl medalçı

“Qızıl medal qazanacağımı tam gözləmirdim”.

Respublika Fənn Olimpiadasında qızıl medala layiq görülən Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyinin 9-cu sinif şagirdi Alim Əsədli təəssüratlarını AzEdu.az-la bölüşüb.

O bildirib ki, olimpiadaya hazırlıq prosesi kifayət qədər çətin keçib:

“Hazırlıq mərhələsi asan olmadı. Çünki mən 9-cu sinifdə oxuyuram və eyni zamanda buraxılış imtahanına da hazırlaşırdım. Həm olimpiada, həm də buraxılış imtahanına hazırlıq arasında balans yaratmaq müəyyən qədər çətin idi. Buna baxmayaraq, hər iki istiqamətdə əzmlə çalışdım və buraxılış imtahanında da 200-dən yuxarı nəticə göstərdim".

Gələcək təhsil planlarından danışan şagird əsas hədəfinin ADA Universitetində təhsil almaq olduğunu qeyd edib:

“Gələcəkdə ADA Universitetində təhsil almaq istəyirəm və bu istiqamətdə çalışmalarımı davam etdirirəm".

Alim Əsədli qızıl medalın onun üçün müəyyən mənada sürpriz olduğunu da etiraf edib:

“Açığı, qızıl medal qazanacağımı tam gözləmirdim. Daha çox gümüş və ya bürünc medala layiq görüləcəyimi düşünürdüm. Buna görə də qızıl medal mənim üçün xoş sürpriz oldu. Bu nəticəyə görə çox sevinirəm".

O, olimpiadada iştirak etmək istəyən şagirdlərə də tövsiyələrini bölüşüb:

“Qızıl medal qazanmaq istəyən şagirdlərə tövsiyəm odur ki, sadəcə çox oxumağa deyil, məqsədyönlü və davamlı çalışmağa fokuslansınlar. Əllərindən gələnin ən yaxşısını etsinlər və özlərinə inansınlar. Davamlı zəhmət və inam uğurun əsas şərtləridir".

Rus ordusu Zəngəzura girdi - Bu ərazi nəzarətə götürüldü
Son xəbərlərDaha çox