Azedu.az

Qızıl medalçı Müjgan Bəşirzadə: “Bu nəticəni gözləyirdim”

Şagirdlər

11 İyun 2026, 17:56
Qızıl medalçı Müjgan Bəşirzadə: “Bu nəticəni gözləyirdim”

“Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medala layiq görülmüşəm”.

AzEdu.az xəbər verir ki, bu sözləri Respublika Fənn Olimpiadasının qızıl medalçısı Bəşirzadə Müjgan Rəvan qızı deyib.

“Araz Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin 11-ci sinif şagirdiyəm. Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medala layiq görülmüşəm.

Açığı, bu nəticəni gözləyirdim. Çünki uzun müddət bu uğur üçün çalışmışdım və olimpiadanın mərhələləri üzrə əldə etdiyim nəticələr də yüksək idi. Qazandığım uğur məni çox sevindirir və qürurlandırır.

Bu yolda mənə daim dəstək olan valideynlərimə, müəllimlərimə və məktəb kollektivinə təşəkkür edirəm. Onların inamı və dəstəyi mənim üçün çox dəyərli olub.

Buraxılış imtahanında 259 bal toplamışam. Gələcəkdə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil almağı planlaşdırıram və bu məqsədə çatmaq üçün hazırlığımı davam etdirirəm.

Mənim kimi Respublika Fənn Olimpiadasında uğur qazanmaq istəyən şagirdlərə tövsiyəm odur ki, çox çalışsınlar. Lakin bu çalışma planlı, sistemli və məqsədyönlü olmalıdır. Qarşılarına çıxan çətinliklərdən ruhdan düşməsinlər, hədəflərindən vaz keçməsinlər və özlərinə inansınlar. Davamlı zəhmət və əzm gec-tez öz bəhrəsini verir".

Rus ordusu Zəngəzura girdi - Bu ərazi nəzarətə götürüldü
Son xəbərlərDaha çox