Azedu.az

RFO-da qızıl medalçıların 9-u kənd məktəblərinin şagirdləridir

Şagirdlər

11 İyun 2026, 17:07
RFO-da qızıl medalçıların 9-u kənd məktəblərinin şagirdləridir

Respublika Fənn Olimpiadalarında kənd məktəblərinin şagirdləri də uğurlu nəticələri ilə seçiliblər.

AzEdu.az xəbər verir ki, olimpiadalarda medala layiq görülən 89 şagirddən 25-i kənd məktəblərinin şagirdidir.

Gümüş medal qazananlar arasında da kənd məktəblərinin təmsilçiləri diqqət çəkir. Belə ki, 62 gümüş medalçının 12-si kənd məktəblərində təhsil alan şagirdlərdir.

Kənd məktəblərində qızıl medala layiq görülən şagirdlərin sayı isə 9 nəfərdir.

Bu nəticələr kənd məktəblərində təhsil alan şagirdlərin Respublika Fənn Olimpiadalarında yüksək rəqabət qabiliyyəti nümayiş etdirdiyini göstərir. Eyni zamanda, regionlarda istedadlı və perspektivli gənclərin yetişdiyini bir daha təsdiqləyir.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox