Azedu.az

Məktəblərdə dərsliklərin yığılmasına başlanılıb

Maraqlı

10 İyun 2026, 14:47
Məktəblərdə dərsliklərin yığılmasına başlanılıb

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, proses hazırda davam edir:

"Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır".

Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.

Pezeşkiandan şok sözlər - İRAN PARÇALANACAQ
Son xəbərlərDaha çox