7-ci sinif şagirdi Kamran Abıyev vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə məktəbin rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, Kamran Abıyevin vəfatı məktəb ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına, sinif yoldaşlarına və müəllimlərinə başsağlığı ifadə olunub.
Allah rəhmət eləsin!