Azedu.az

Bu il ilk dəfə monitorinq tapşırıqlarda açıq tipli suallar OLACAQ

Şagirdlər

4 İyun 2026, 15:20
Bu il ilk dəfə monitorinq tapşırıqlarda açıq tipli suallar OLACAQ

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək. Ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Agentlikdən bildirilib ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.

Qeyd edək ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edəcək.

Rusiya barmaq silkələdi - Ermənistana bu ordu girəcək!
Son xəbərlərDaha çox