Azedu.az

RFO-nun qalibləri bu tarixdə mükafatlandırılacaq

Şagirdlər

3 İyun 2026, 10:44
RFO-nun qalibləri bu tarixdə mükafatlandırılacaq

2025/2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimləri 9-11 iyun tarixlərində keçiriləcək.

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Mərasimlər müxtəlif ali təhsil müəssisələrində təşkil olunacaq. Belə ki, iyunun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kimya, fizika və biologiya fənləri üzrə qaliblər mükafatlandırılacaq.İyunun 10-da ADA Universitetində riyaziyyat və informatika fənləri üzrə qaliblərin mükafatlandırılması nəzərdə tutulub.İyunun 11-də isə Bakı Dövlət Universitetində Azərbaycan dili, coğrafiya və tarix fənləri üzrə qaliblərə mükafatlar təqdim ediləcək.

Bütün tədbirlər saat 16:00-da başlayacaq. Qalib şagirdlərin tədbir məkanlarında ən gec saat 15:00-da olmaları xahiş edilir. ADA Universitetində keçiriləcək mərasim iştirakçıları isə universitet turunda iştirak edəcəkləri üçün ən gec saat 14:30-da tədbir məkanında olmalıdırlar.

Qeyd edək ki, şagirdlər mərasimlərdə məktəbli formasında iştirak etməlidirlər. Tədbir məkanlarına giriş şəxsiyyət vəsiqəsi əsasında həyata keçiriləcək.

SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi
Son xəbərlərDaha çox