Azedu.az

Qabiliyyət imtahanlarının proqramı AÇIQLANDI 

Qabiliyyət imtahanları

21 May 2026, 13:09
Qabiliyyət imtahanlarının proqramı AÇIQLANDI 

Musiqi sənəti istiqamətinin ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə abituriyentlər ixtisas imtahanında ifa edəcəkləri əsərləri qeydiyyat zamanı sistem üzərindən seçərək təsdiqləyirlər.

AzEdu.az-a bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, seçilmiş əsərlər proqram formasında əks olunur. Abituriyentlər proqram formasını “Qabiliyyət imtahanına buraxılış vərəqi”ni çap edərkən əldə edə bilirlər.

İxtisaslar üzrə imtahanda ifa edilməsi tələb olunan əsərlərin siyahısı ilə tanış ola bilərsiniz.

Qeyd edirik ki, qabiliyyət imtahanlarına qeydiyyat zamanı seçilib təsdiq edilmiş əsərlərin imtahan zamanı dəyişdirilməsinə yol verilmir.

“Musiqi müəllimliyi” ixtisası üzrə proqrama uyğun əsərlərin seçimi əvvəlki illərdə olduğu kimi abituriyentlər tərəfindən proqram forması çap edildikdən sonra əl ilə yazılır.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox