Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
MÜTDA-dan AzEdu.az-a bildirilib ki, bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.