Azedu.az

Repetitorsuz hazırlaşaraq 300 bal TOPLADI

Buraxılış imtahanları

Şagirdlər

23 Aprel 2026, 18:23
Repetitorsuz hazırlaşaraq 300 bal TOPLADI

15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub.

Belə ki, onlardan biri də Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızıdır.

AzEdu.az bu münasibətlə Emiliya Qayıbova ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

O bildirib ki, belə bir nəticəni özündən gözləyirdi:

“Nəticəmi öyrənəndən sonra çox sevindim. Açığı, müəyyən qədər yüksək bal toplayacağımı bilirdim, amma bəzi məqamlarda da şübhələrim var idi. Nəticədə isə 300 bal topladım”.

Heç bir hazırlığa getmədən bu nəticəni əldə etdim:

“Əsasən öz üzərimdə çox çalışmışam. Müstəqil şəkildə hazırlaşmışam, heç bir hazırlıq kursuna getmədən imtahana hazırlaşdım və bu nəticəni əldə etdim”.

O hələ universitet seçimi etmədiyini qeyd edib:

“Hələ universitet seçimi dəqiq deyil, amma əsas hədəfim kompüter elmləri ixtisası üzrə təhsil almaqdır".

Maksimum nəticə əldə etmək istəyən abituriyentlərə isə belə tövsiyə verib:

“Mən tövsiyə edərdim ki, hər bir şagird müstəqil şəkildə çox çalışsın, öyrənmək istədiyi mövzuları çəkinmədən müəllimlərdən soruşsun və ən əsası özünə və uğur qazanacağına ürəkdən inansın”.

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox