Azedu.az

Ağstafada bıçaqlanan məktəbli evə buraxılıb - YENİLƏNİB

Hadisə

23 Aprel 2026, 11:10
Ağstafada bıçaqlanan məktəbli evə buraxılıb - YENİLƏNİB

Ağstafada xəsarət alan məktəblinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Məsələ ilə bağlı məktəbdən AzEdu.az-a bildirilib ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.

Xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilib, ona müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti hazırda məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edilib ki, şagirdlərin yeniyetməlik dövründə olmaları və araşdırma prosesinin davam etməsi nəzərə alınaraq, ictimaiyyətdən bu mövzuda daha həssas davranmaları, paylaşımlarda yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələri xahiş olunur.

10:16

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox