Azedu.az

El Qrekonun əsəri ilə bağlı şok kəşf: Süni intellekt həqiqəti üzə çıxardı

Maraqlı

18 Aprel 2026, 09:50
El Qrekonun əsəri ilə bağlı şok kəşf: Süni intellekt həqiqəti üzə çıxardı

ABŞ və İspaniyadan olan alimlər hazırladıqları süni intellekt (Sİ) sistemi vasitəsilə məşhur rəssam El Qrekonun "İsa Məsihin vəftizi" adlı əsəri ilə bağlı mühüm kəşf ediblər.

AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Süni intellekt sübut edib ki, rəssam bu tablonu 1608-ci ildə tamamilə təkbaşına çəkib. Əvvəllər isə bu əsərin digər rəssamlarla birgə yaradıldığı düşünülürdü. Alimlər yeni sistemin imkanları barədə bunları deyiblər:

"Biz rəssamların fərdi iş üslublarını heç bir kənar ipucu olmadan müəyyən edən və tarixi rəsmlərdə birdən çox müəllifin izlərini aşkar edə bilən yeni Sİ sistemi hazırladıq. El Qrekonun iki əsərini təhlil edərək müəyyən etdik ki, 'İsa Məsihin vəftizi' əsəri rəssamın ölümündən sonra şagirdləri tərəfindən tamamlanmayıb, bütövlükdə ustadın öz qələminin məhsuludur".

Qeyd edək ki, El Qreko İspan İntibah dövrünün görkəmli rəssamı, heykəltəraşı və memarı olub. Krit adasında doğulan sənətkar 1577-ci ildə Toledo şəhərinə köçüb və ömrünün sonuna qədər orada fəaliyyət göstərib.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
Son xəbərlərDaha çox