Azedu.az

Türkiyədə “ağıllı” şpris ixtira edilib

Maraqlı

17 Aprel 2026, 09:42
Türkiyədə “ağıllı” şpris ixtira edilib

İstanbulun Yıldız Texniki Universitetinin alimləri cərrahi müdaxilələr zamanı riskləri azaldan “ağıllı” şpris hazırlayıblar. Qurğu toxumaların şişirdilməsi və boşaldılması prosesini avtomatlaşdırır və əməliyyat praktikasının ən həssas mərhələlərindən birini asanlaşdırır. İxtira mexatronika kafedrasının müəllimləri Cüneyt Yılmaz və Vasfi Emre Ömürlü tərəfindən təqdim olunub və artıq Türkiyənin Patent və Əmtəə Nişanları İdarəsində faydalı model kimi qeydiyyata alınıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Haber7” portalı məlumat yayıb.

Adi praktikada bu cür manipulyasiyalar əl ilə həyata keçirilir və çox vaxt cərrahın hərəkətlərinin dəqiqliyindən asılı olur. Yeni sistem təzyiq sensoru və kamera ilə təchiz olunub ki, bu da həkimə toxumaların vəziyyətini real vaxt rejimində izləməyə və müdaxiləni ekrandan idarə etməyə imkan verir.

“Qurğumuz standart alətlərdən onunla fərqlənir ki, endoskopik kamera və təzyiq sensoru ilə təchiz edilmiş idarəetmə blokuna malikdir”, – deyə Cüneyt Yılmaz bildirib. Onun sözlərinə görə, bu, məsələn, səs telləri üzərində aparılan əməliyyatlarda prosedurların daha dəqiq və təhlükəsiz icrasına şərait yaradır.

İxtira cərrahiyyənin kritik mərhələlərindən birini tam əl rejimindən obyektiv məlumatlara əsaslanan formata keçirir. Təzyiqə nəzarət və vizuallaşdırma, xüsusilə həssas strukturlarla işləyərkən toxumaların zədələnməsi riskini azaldır.

Vasfi Emre Ömürlünün sözlərinə görə, tibbin yüksək inkişaf səviyyəsinə baxmayaraq, bir çox proseslər hələ də insan amilindən asılıdır. “Səhiyyədə həm pasiyentlərə yardım sistemlərini, həm də həkimlərin gündəlik alətlərini təkmilləşdirmək üçün müxtəlif sahələri birləşdirən layihələrin və texnologiyaların inkişafı daha da gücləndirilməlidir”, – deyə o qeyd edib.

Belə qurğuların gələcəkdə cərrahi əməliyyatların təhlükəsizliyini artıracağı və ağırlaşmaların başvermə ehtimalını azaldacağı gözlənilir.

(AZƏRTAC)

Rusiya bu ölkələrə HƏDƏ-QORXU gəldi - Ərazilərinizi vuracağıq!
Son xəbərlərDaha çox