Azedu.az

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

Müəllimlər və elm adamları

14 Aprel 2026, 17:50
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə start verilib.

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Belə ki, 13-14 aprel tarixlərində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri onlayn formatda keçirilən müsahibədə iştirak ediblər.

Cari həftə ərzində isə Abşeron-Xızı Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsi üzrə müsahibələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, müsahibə mərhələsi həm əyani, həm də onlayn formatda, mərhələli şəkildə həyata keçirilir. Müsahibə zamanı müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmə aparılır və yüksək nəticə göstərən, meyarlara uyğun gələn namizədlər növbəti mərhələyə keçmək hüququ əldə edirlər.

Digər regional təhsil idarələri üzrə müsahibələrlə bağlı məlumatlar əvvəlcədən planlaşdırılaraq, müvafiq regional təhsil idarələrinə ən azı 1 həftə öncədən təqdim olunacaq.

İran "Qisas" əməliyyatına hazırlaşır: Xaricdəki qüvvələrə ƏMR VERİLDİ
Son xəbərlərDaha çox