Günəşdə M sinfindən olan partlayış qeydə alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Aprelin 9-da Moskva vaxtı ilə saat 11:47-də (Bakı vaxtı ilə saat 12:47-də) rentgen diapazonunda M1.0 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər. (TASS)