Azedu.az

Daha bir şəxsə elmi dərəcə verildi - TANIYAQ

Müəllimlər və elm adamları

9 Aprel 2026, 10:57
Daha bir şəxsə elmi dərəcə verildi - TANIYAQ

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2026-cı il tarixli qərarı ilə Ələkbərli Suğra Ələkbər qızına filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından AzEdu.az-a məlumat verilib.

Suğra Ələkbərli 9 yanvar 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Ələkbərli Suğra 2000-2011-ci illərdə orta məktəb təhsilini başa vurmuşdur. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavr, 2015-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2025-ci illərdə isə Azərbaycan Dillər Universitetində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura təhsilini tamamlamışdır.

Ələkbərli Suğra 30-dan çox elmi məqalənin müəllifidir və 10-dan çox respublika və beynəlxalq konfranslarda iştirak etmişdir. Həmçinin, yerli və beynəlxalq təlimlər üzrə sertifikatlara sahibdir.

Əmək fəaliyyətinə 2017-ci ildə Azərbaycan Dillər Universitetində elmi işçi və müəllim kimi başlamış, müxtəlif illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında da müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasında müəllim və Bakı Qızlar Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərir.

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox