Kolumbiyanın Vista Hermosa bölgəsində iki azyaşlı bacı-qardaşın ölümü ilə nəticələnən faciə baş verib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 yaşlı Saori və 5 yaşlı Darien evdə tək qaldıqları vaxt oynadıqları gizlənpaç oyunu zamanı istifadəsiz soyuducuda ilişib qalaraq həyatlarını itiriblər.
Məlumata görə, uşaqlar elektrikdən ayrılmış köhnə soyuducunun içinə gizlənmək üçün daxil olublar. Lakin içəri girdikdən sonra qapı bağlanıb və onlar çölə çıxa bilməyiblər. Qapalı məkanda oksigenin tükənməsi nəticəsində uşaqlar qısa müddətdə huşlarını itiriblər.
Hadisə yerinə çağırılan təcili yardım briqadası müdaxilə etsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Yerli rəsmilər valideynləri azyaşlıları nəzarətsiz qoymamağa çağıraraq, bu cür halların ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıblar.