Azedu.az

Direktorların işə qəbulu üzrə müsahibələr başladı  

16 Yanvar 2019, 13:31
Direktorların işə qəbulu üzrə müsahibələr başladı  

Dövlət ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, direktorların işə qəbulu üzrə müsahibələrə ötən il dekabrın 5-dən başlanılıb. Bu günədək 575 nəfər namizədlə müsahibələr aparılıb.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən olunur.

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 730 namizəd iştirak edəcək.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox