Azedu.az

Müəllim və qızı zəhərlənərək dünyasını dəyişib

Müəllimlər və elm adamları

25 Mart 2026, 09:12
Müəllim və qızı zəhərlənərək dünyasını dəyişib

Türkiyənin paytaxtı Ankara şəhərində təbii qaz sızması nəticəsində yaranan karbonmonoksit qazından zəhərlənən riyaziyyat müəllimi Aydın Ertürk və onun 18 yaşlı əqli məhdudiyyətli qızı Deren Ertürk həyatlarını itiriblər.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki,  ata və qızdan xəbər ala bilməyən yaxınları vəziyyəti bina rəhbərliyinə bildiriblər.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları hər iki şəxsin həyatını itirdiyini təsdiqləyib. İlkin araşdırmalara görə, ölümə səbəb təbii qaz sızması nəticəsində yaranan karbonmonoksit zəhərlənməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox