Azedu.az

Müəllimlər “TəhsilPlus” kartını məktəbdən götürəcək

24 Mart 2026, 11:49
Müəllimlər “TəhsilPlus” kartını məktəbdən götürəcək

““TəhsilPlus” kartlarının sifarişi təhsil işçilərinin çalışdıqları təhsil müəssisələri vasitəsilə həyata keçirilir”. 

AzEdu.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova deyib.

Onun sözlərinə görə, bu proses əməkhaqqı kartlarının əldə edilməsi mexanizminə bənzər şəkildə təşkil olunub:
“Yəni kartlar təhsil müəssisəsi tərəfindən sifariş edilir. 

Sifarişlər tərəfdaş bank olan "Kapital Bank" vasitəsilə hazırlanır və kartlar hazır olduqdan sonra müvafiq qaydada təhsil işçilərinə təqdim edilir. Bu yanaşma prosesin daha sistemli və operativ şəkildə təşkilinə imkan yaradır”.

(mənbə:“Azərbaycan müəllimi")

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox