Gündəlik məsələ 6-7-ci siniflər üçün “Biologiya”, 7 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin monitorinqinə aid olub.
Biologiya fənni üzrə seminarda seminar rəhbəri, biologiya elmləri namizədi Turan Məmmədxanlı 6-7-ci siniflər üçün “Biologiya” dərsliklərinin məzmunu ilə bağlı təqdimatla çıxış edib.
Tarix fənni üzrə seminarda seminar rəhbəri, tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Kərəm Məmmədov gündəlik məsələ ilə bağlı məlumat verərək iştirakçıları dərsliklərin müzakirəsində fəal olmağa, qeyd və təkliflərini bildirməyə çağırıb.
Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlov, Bakı şəhəri 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov, 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev və 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı 7 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin məzmununa dair təqdimatlarla çıxış ediblər.
Hər iki seminarda müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.
Növbəti seminarlarda (17 yanvar 2019-cu il tarixində; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) biologiya fənni üzrə (saat 10:00-da) 7-8-ci sinif “Biologiya”, tarix fənni üzrə (saat 11:00-da) 8 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin məzmunu ilə bağlı müzakirələr aparılacaq.

2019-01-13 17:56:00
Biologiya və tarix seminarlarında dərsliklərdəki mübahisəli məqamlar barədə qərar qəbul olunub
Biologiya və tarix fənləri üzrə elmi-metodiki seminarlar keçirilib.
AzEdu.az xəbər verir ki,seminarlarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI
2022-05-13 12:43:05
Bu qədər namizəd dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı verəcək
2022-05-13 12:00:00
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Realnı Məktəbində aparılan təmir işləri ilə tanış olublar
2022-05-11 09:15:00
Peyvənd olunanların sayı açıqlanıb
2022-05-10 16:42:00
60 aktiv xəstə var - Ölən yoxdur
2022-05-10 16:30:00
BDU-nun şəhid məzunlarının məzarları ziyarət olunub
2022-05-10 15:17:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrdə 28 nəfər uğur qazanıb
2022-05-10 15:00:00
Azərbaycan dili fənni üzrə vebinar təşkil olunacaq
2022-05-10 14:35:00
İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
2022-05-10 13:32:00
Təhsil işçiləri Şuşaya səfər ediblər
2022-05-10 13:00:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-05-12 16:31:00
Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz-DİQQƏT

2022-05-10 17:23:00
Məktəbdə tədris olunan bu fənlər birləşdirilə bilər - TƏHLİL

2022-05-13 14:10:00
Sertifikasiyada Azərbaycan dili fənnindən suallar bu MÖVZULARDAN düşəcək

2022-05-11 12:41:00
Buraxılış imtahanalarının Respublika birincisi: “Nəticəmlə bütün ölkədə fərqlənmək istəyirdim”-FOTOLAR

2022-05-12 13:14:00
“Müəllimlər sertifikasiyaya BU vəsaitdən hazırlaşmalıdırlar” – Direktor AÇIQLADI

2022-05-12 13:26:00
Sertifikatlaşdırılmaya ilk olaraq bu MÜƏLLİMLƏR cəlb ediləcək

2022-05-16 09:36:00
Sertifikasiyada məzmun sahələri üzrə mövzular – İbtidai SİNİF

2022-05-13 10:00:00
Sertifikasiyada suallar bu MÖVZULARDAN salınacaq

FACEBOOK