Ən yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron hökümət və rəqəmsal innovasiyalar şöbəsinin Elektron hökumət məsələləri sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd) və Masallı regional "ASAN xidmət" mərkəzinin Səyyar xidmətin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin Dövlət borcunun uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 18 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçən namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Namizədlərdən müsahibə vaxtından ən az 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.