
2019-01-10 09:43:00
Kamal Abdullanın bu formada hədəf seçilməsinin qərəzli olduğunu düşünürəm -Fazil Mustafa
Son günlər Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya qarşı mediada və sosial şəbəkələrdə sifarişlə idarə olunduğu nəzərə çarpan böhtan kampaniyasına başlanılıb. Bu gün universitüetdə təşkil olunmuş mediatur zamanı jurnalistlərin suallarını cavablandıran rektor bu məsələyə də münasibət bidlirib və hələlik baş verənlərə təmkinli davranış sərgiləndiyini, amma lazım gələrsə qanunamüvafiq addımların atılması üçün məsələ də qaldırıla biləcəyini bildirib.
AzEdu.az xəbər verir Moderator.az mövzu ilə balı millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.
"Son vaxtlar mediada Dillər Universiteti ilə bağlı açıqlamalar mənim də diqqətimi çəkir. Burada heç şübhəsiz ki, universitetin rektoru, akademik Kamal Abdullanın hədəf olaraq seçildiyi hiss olunur. Universitet daxilində proseslərin səbəbləri barədə bilgim yoxdur, ancaq bir neçə dəfə universitetdə təhsil mühiti ilə tanış olmaq fürsət əldə etdiyimdən müşahidələrim bir qədər fərqlidir. Kamal Abdulla rektor təyin olunandan sonra bir sıra müsbət yeniliklərə imza atdığını bilirəm. Məsələn, ilk dəfə olaraq ADU-da tələbələr pedaqoji təcrübəyə Azərbaycanın rayonlarında yerləşən məcburi köçkün məktəblərinə göndərildi. Digər tərəfdən ADU-da maraqlı tələbə özünüidarə sistemi yaradılıb. Tələbələr özləri seçki yolu ilə seçilməklə bir gün ərzində universiteti idarə edirlər. Seçkidən sonra onların kölgə kabineti kimi fəaliyyət göstərmələri onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir edir. İmtahanlarda şəffalıq gözlənilir, ictimaiyyət nümayəndələri ilə birlikdə bu prosesin bilavasitə şahidi də olmuşuq.
Ən maraqlı yeniliklərdən biri də universitet tələbələrinə mağazalardan aldıqları ədəbi-bədii kitabların ödənişinin məhz universitet tərəfindən həyata keçirilməsidir. Üstəlik, ehtiyacı olan tələbə və müəllimlərə yardım göstərmək məqsədi ilə Sosial fond da yaradılmışdır.
ADU-da həm də "Səfir saatı" klubu fəaliyyət göstərir və bu klubda xarici ölkələrin səfirləri tələbələrlə görüşə gəlir, tələbələrin dili ilə Azərbaycanın mövqeyi açıq formada onların diqqətinə çatdırılır.
Tədris prosesində hansısa nöqsanların mövcud olmasını da istisna etmirəm, ancaq Azərbaycanın görkəmli yazarı və elm xadimi Kamal Abdullanın bu formada hədəf seçilməsinin qərəzli olduğunu düşünürəm".
Bu bölməyə aid digər xəbərlər
Universitetlərin dünya reytinqində yeri necə tənzimlənir? - Ekspertdən AÇIQLAMA
2023-03-26 15:04:00
“Böyük biliklərin” analitikasının elmi-nəzəri əsasları tədqiq olunacaq
2023-03-25 14:20:00
UNEC QS dünya universitetləri reytinqində 501-530-cu olub
2023-03-23 11:28:00
Azərbaycanın bu universitetləri beynəlxalıq reytinq agentliyinin siyahısına düşüb - ADLAR
2023-03-20 14:16:21
Kadr orqanı işçiləri təkmilləşdirmə kursu keçiblər
2023-03-18 16:44:00
Bu universitetdə işçilərə pul mükafatı veriləcək
2023-03-15 13:50:49
Tələbə qız özünü 4-cü mərtəbədən atdı
2023-03-15 13:12:25
AzTU-nun şəhid tələbəsinin doğum günüdür
2023-03-12 15:17:00
Universitetdə müəllimlərin rəsm sərgisi keçirildi
2023-03-10 14:18:00
Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir
2023-03-09 14:39:00
kitabı
ÇOX OXUNANLAR
17 Mart 2023, 14:18
Sertifikasiyaya hazırlaşanların nəzərinə - İmtahanda bu əsərlər düşəcək - SİYAHI

22 Mart 2023, 11:05
Sertifikasiyanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir? - Rəsmi CAVAB

17 Mart 2023, 17:12
İmtahana qumbaranı kim gətirib? - Təhsil ekspertindən AÇIQLAMA

17 Mart 2023, 11:39
İmtahanın çətinliyi ilə bağlı iddialar əsassızdır - DİM sədri

21 Mart 2023, 13:01
“Müəllimlər şagirdə sadəcə test əzbərləməyi öyrədir” - Deputatdan ETİRAZ

17 Mart 2023, 11:00
Uşaqlara bağçalarda verilən yeməklər... - Valideyn şikayətlənir, bağça müdirləri isə əksinə...

18 Mart 2023, 17:31
Doktoranturalar yaradılan təşkilatların siyahısı dəyişib

20 Mart 2023, 16:26
ADU və ADNSU-dan tələbələrin qalmaqallı rəqsinə dair AÇIQLAMA - VİDEO

FACEBOOK