https://www.zirve.edu.az/
30.03.2018 12:54
Müəllim və valideynlər bu problemlərlə bağlı müraciət ediblər

Martın 30-da paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

AzEDU xəbər verir ki, Bakıdakı 288 nömrəli tam orta məktəbdə paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, birinci sinfə qəbul, tədris resursları və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.