Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 11:42:00
Daha bir universitetdə valideynlər imtahan prosesini izləyəcəklər  

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. Hər il olduğu kimi, yenə də universitetdə imtahanlar ictimaiyyətə açıq keçirilir. Övladlarının imtahanlarının obyektiv və şəffaf şəraitdə keçirilməsinə tam əmin olmaq üçün valideynlər universitetə dəvət edilir.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, valideynlər semestr imtahanlarında iştirak etməklə imtahan prosesini yaxından izləyə və təkliflərini verə bilərlər.

Qeyd edək ki, universitetdə imtahanlar yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. Universitetin tədris binalarında müraciət və təklif qutuları asılıb.