Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 08:07:34
Alimlər kosmosda yeni qalaktika kəşf etdilər

Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər. Alimlərin fikrincə, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir.

AzEDU  “Reuters” agentliyinə istinadla xəbər verir ki, “NGC1052-DF2” yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək. Astronom qeyd edib ki, yeni qalaktika Yer planetindən 65 milyon işıq ili uzaqda yerləşir və qaz kütləsi olmayan parlaq ulduzlar toplusu şəklində görünür. Süd yolu qalaktikası ilə eyni ölçüdə olmasına rəğmən, “NGC1052-DF2”də ulduzların sayı 250 dəfə azdır. Belə ki, bizim Kəhkəşanda 100 milyard, yeni qalaktikada isə 400 milyon ulduz var.

Görünməz olan qara materiya qalaktikaların müxtəlif maddələr və enerjinin sintezindən ibarət olan kütləsinin dörddəbirini təşkil edir, lakin bu materiyanın yalnız 80 faizi öyrənilib. Alimlərin fikrincə, qravitasiya təsirinə görə qara materiyanın görünməsi mümkün deyil.

Astronomlar yeni qalaktikanın əlamətlərini ABŞ-ın Nyu-Meksiko ştatındakı nəhəng teleskop sistemi ilə müşahidə ediblər. Onlar parıldayan şəfəq kimi görünən “NGC1052-DF2”in formasını müəyyən edə bilməsələr də, onun daxilində baş verən, qazları və qara materiyanı kənarlaşdıran kataklizmlər haqqında fərziyyələrə malikdirlər.