Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 15:23:00
Nigar Arpadarai parlamentdə hansı məsələləri qaldıracaq? –“Bağça azlığı, məktəblərdəki  sıxlıq və...”

 

 

“Bundan sonra əsas 3 istiqamətdə çalışacağam: Təhsil, infrastruktur və məşğulluq”

Bunu 29 saylı Səbail seçki dairəsindən lider namizəd Nigar Arpadarai Azedu.az-a özəl  açıqlamasında bildirib.

Qeyd edək ki, N. Arpadarai VI çağırış parlament seçkilərində adıçəkilən dairədə bütün rəqiblərini qabaqlamağı bacarıb.

Mediaya daha geniş açıqlamasını bir neçə gündən sonra verəcəyini bildirən Nigar xanım, görəcəyi işlər barəsində qısaca da olsa məlumat verib:

“Mən təşviqat platformamı daha çox insanlarla ünsiyyət əsasında qurdum.  Çalışdım ki, çox gəzim, insanlarla sorğu-sual  edim. Elə platformamı da insanları narahat edən məsələlər əsasında qurdum. Onları narahat edən məslələrlə bağlı dərin araşdırma aparıb, məlumat əldə edə bildim. Bundan sonra əsas 3 sahənin inkişafı istiqamətində  çalışacağam: birincisi, təhsil;  Bağçaların sayının az olması, məktəblərdəki sıxlıq insanları çox narahat edir.

Daha sonra infrastruktur və məşğulluq sahələri də orioritet fəaliyyət istiqamətlərimdəndir.  Xüsusilə qadınların iş şəraitinin yaxşılaşdırılması  ilə bağlı çalışacağam.

Sorğunun nəticəsində bu 3 istiqamətin insanları narahat etdiyi ortaya çıxdı. İşimi elə quracağam ki, qanunvericilikdə bununla bağlı olan hansısa boşluqlar varsa, o boşluqlar üzrə təkliflər verilsin. Həmçinin, bu qanunlar qəbul olunduqdan sonrakı icra mərhələsində yenidən insanlarla yaxın ünsiyyətdə olacağam”.

Firayə Allahverdiyeva