XƏBƏRLƏR

25.01.2020 15:18
“Çində vəziyyət yaxşı deyil, hökumət  qurumları vəziyyəti gizlətməməyə çağırıb”-Azərbaycanlı tələbə

Çində yayılan ölümcül koronavirus epidemiyası ilə əlaqədar bir neçə şəhər karantinə alınıb.

AzEdu.az xəbər verir ki, artıq  Çin və bir neçə Asiya ölkəsində yayılan koronavirusa yoluxanların sayı  630 nəfərə çatıb.

Çinin Jinhua şəhərdə yerləşən Zhejiang Normal Universitetinin azərbaycanlı tələbələri də yaxın zamanda şəhəri tərk edəcəkləri gözlənilir.

 Çində təhsil alan azərbaycanlı tələbə Səməd Azadlı hazırkı  vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Çində vəziyyət yaxşı deyil, hökumət  aidiyyatı qurumları (hökümət adamlarını) vəziyyəti gizlətməməyə çağırır. Təəssüf ki, hələ də çox sözlər deyilmir və təəssüf ki, antivirus  hələ də tapılmayıb. Xəstəlik barəsində  çox şey bilinməz olaraq qalır. Yüzlərlə şaiələr yayılır, bizim universitet tələbələrindən də ölənlərin olduğu deyilir. Ehtimal olaraq düşünsək “ölənlər minlərlədir” deyə bilərik. İnanmamaq daha gözəldir”.

O, virusun sürətli yayılması ilə bağlı fikirlərini  də qeyd edib.

“Virusun yaranma və yayılmasına başlıca səbəb Çin yeni ilinə təsadüf etməsi nəticəsində milyonlarla çinlinin xarici ölkələrə və ölkə daxili şəhərlərə səfər etməsi xəstəliyin artma riskini dəfələrlə çoxaldıb.  Beləliklə, 11 milyon əhalisi olan Uhan(Wuhan) şəhəri karantinə alınıb.Yaxın tarixlərdə Çin və Asiya  səfərlərinizi ləğv etməyinizi tövsiyə edərdim”