Azedu.az

Beyinin işini yaxşılaşdıran ən asan üsul tapıldı  

Ali təhsil

Maraqlı

25 Yanvar 2020, 09:08
Beyinin işini yaxşılaşdıran ən asan üsul tapıldı  

Kanadanın Qərbi Ontario Universitetinin alimləri 20 dəqiqə davam edən gəzintinin beyinin işini səhərlər içilən bir fincan qəhvə ilə eyni dərəcədə yaxşılaşdırmağa qadir olduğunu müəyyən ediblər.

AzEdu.az xəbər verir ki, bu barədə “MedicalXpress”də yerləşdirilən press-relizdə deyilir.

Tədqiqatda 30 nəfər kofeman və 29 nəfər kofe içməyən insan iştirak edib. Könüllülər bir aerob məşq tsikli yerinə yetirir, yaxud da bir fincan kofeyə ekvivalent olan kofein dozası qəbul edirdilər. Bundan sonra insana hazırda işlədiyi informasiyanı yadda saxlamağa kömək edən xüsusi test edilirdi.  

Məlum oldu ki, sürətli və qısa gəzinti yaddaşa kofein qədər (hətta daha çox) təsir edir. Bu nəticə kofe sevənlər, həm də onu içməyənlər üçün eyni olub.

Nəticələr kofeinin istifadəsi zərərli olan insanlar üçün faydalı ola bilər, məsələn, əzələlərin tremorundan əziyyət çəkənlər üçün.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox