Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 17:22:00
UNEC-də keyfiyyəti idarəetmə sistemi üzrə xarici audit keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Standartları İnstitutunun nümayəndələri tərəfindən keyfiyyəti idarəetmə sisteminin auditi həyata keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, audit zamanı universitetdə müvafiq sistemin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəz, fakültə və kafedralar üzrə keyfiyyəti idarəetmə sisteminin tələblərinin icra səviyyəsi qiymətləndirilib.

Qeyd edək ki, UNEC ilk dövlət universitetidir ki, ISO 9001:2008 KİS üzrə beynəlxalq sertifikata layiq görülüb