Azedu.az

Nazir saxta diplomlu direktoru işdən çıxardı

16 Yanvar 2020, 13:26
Nazir saxta diplomlu direktoru işdən çıxardı

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.  

AzEdu.az xəbər verir ki, məsələ barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.

Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi
Son xəbərlərDaha çox