Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 17:41:00
“İlahiyyat İnstitutunun faydasını hələ bir neçə ildən sonra  görəcəyik” -SƏBƏB

 

“Azərbaycan İlahiyyat İnstitututunun yaradılması  din  xadimlərinə dövlət tərəfindən  maliyə dəstəyinin verilməsi məsələsində  dönüş nöqtəsi oldu”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Kommitəsinin sədr müavini Gündüz İsmayılov İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.

O, İlahiyyat İnstitutunun hazırkı fəaliyyəti haqqında fikirlərini bölüşüb.

“Azərbaycan İlahiyyat İnstitutu  yaranana qədər  dövlətimiz nadir ölkələrdən idi ki, dini təhsil  pullu idi.Çünki dini təhsil ideoloji və strateji məsələdir.Məsələn, hər hansısa şəxs  dini təhsil almaq istəyirdi.Lakin bu  ölkəmizdə pullu şəkildə həyata keçirilirdi. Buna görə də tələbə  digər ölkələrə üz tuturdu.Həmin ölkələr tələbələrə təqaüd verirdilər.Onların yemək və digər ehtiyaclarını qarşılayırdılar.Bu çox cəlbedici idi.Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində  Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.Burada təhsil pulsuzdur.Həmçinin, yemək və geyim  dövlət hesabına ödənilir.Gələcəkdə buranı bitirənlər əgər din xadimi olacaqlarsa, onlarla bağlı arzuarımız və fikirlərimiz də var.

Bu gün Azərbaycan İlahiyyat İnstitututunun yaradılması  din  xadimlərinə dövlət tərəfindən  maliyə dəstəyinin verilməsi məsələsində  dönüş nöqtəsi oldu.Bu çox uzaqgörən və müdrük qərardı.Biz bu qərarların faydasını  hələ bir neçə ildən sonra  daha rahat şəkildə  görəcəyik”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları